Rusiyanın Azərbaycandakı səfiri Şuşaya gedib

Rusiyanın Azərbaycandakı səfiri Şuşaya gedib
# 14 iyul 2022 20:01 (UTC +04:00)

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib.

Qonaq, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyəti ilə əyani tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR