Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.
APA-nın xəbərinə görə, parlamentin sədri bu barədə “Twitter”də paylaşım edib.
Azərbaycan parlamentinin sədri D. Sassolinin vəfatı ilə bağlı xəbərin onu çox kədərləndirdiyini bildirib.
S. Qafarova D. Sassolinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, 65 yaşlı David Sassoli yanvarın 11-də Aviano şəhərində vəfat edib.