Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb

Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb
# 29 mart 2024 11:08 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri bildirib ki, Cenevrə şəhərinə səfər çərçivəsində Ermənistan parlamentinin sədri Alen Simonyanla da görüşüb.

Spiker qeyd edib ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub: "Aparılmış müzakirələr zamanı davam edən sülh danışıqları şəraitində iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR