Bank Of Baku

Sahibə Qafarovanın Litvaya səfəri başlayıb

Sahibə Qafarovanın Litvaya səfəri başlayıb
# 03 fevral 2022 18:56 (UTC +04:00)

Fevralın 3-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Milli Məclisin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR