Bank Of Baku

Sahil Babayev: Rumıniya konflikt dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub

Sahil Babayev: Rumıniya konflikt dövründə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub
# 01 aprel 2024 13:12 (UTC +04:00)

Azərbaycan və Rumıniya strateji tərəfdaşlardır.

APA xəbər verir ki, bunu Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasdan sonra keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O xatırladıb ki, Rumıniya konflikt dövründə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olub.

"Ümid edirəm, bu səfər tərəfdaşlığımızı genişləndirməyə töhfə verəcək. Biz müxtəlif sahələrdə Rumıniya ilə əlaqələrimizi genişləndirməyi planlaşdırırıq", - deyə nazir qeyd edib.

Sahil Babayev bildirib ki, bu gün Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığın 15-ci ili keçirilir:

"Bu dövr ərzində əlaqələrimiz daim inkişaf edib. Siyasi əlaqələrimiz ən yüksək səviyyədə olub. Bizim strateji tərəfdaşlığımız hərtərəfli inkişaf edib. Yaxın keçmişə nəzər salaraq deyə bilərəm ki, təkcə 2023-cü ildə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 670 milyon dollardan artıq olub. Bunun 605 milyon dolları Azərbaycanın Rumıniyaya ixracıdır".

Nazir gələcək perspektivlər üzrə müzakirələr apardıqlarını diqqətə çatdırıb: "Energetika sahəsində geniş potensialın olduğunu və əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. O cümlədən, Azərbaycandan Rumıniyaya qaz təchizatı, yaşıl enerji koridoru üçün Qara dənizdə müvafiq infrastrukturun yaradılmasını, eyni zamanda nəqliyyat sahəsində əməkdaşlığımızın genişləndirilməsi imkanlarını, Azərbaycanla Rumıniya arasında hava əlaqəsinin yaradılmasını, dəmir yolu əlaqəsinin genişləndirilməsini müzakirə etdik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR