Bank Of Baku

Şahin Mustafayev Azərbaycan-İran arasında əməkdaşlıq üzrə Komissiyanın həmsədri olub

Şahin Mustafayev Azərbaycan-İran arasında əməkdaşlıq üzrə Komissiyanın həmsədri olub
# 01 noyabr 2019 17:38 (UTC +04:00)

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiqlənib.
 
APA-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamına dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
 
Sərəncamla, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən həmsədri Şahin Mustafayev təyin olunub. Ondan öncə isə Komissiyanın həmsədri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov idi.
 
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı kimidir:
 
Komissiyanın həmsədri:
 
Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Komissiyanın üzvləri:
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
 
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
 
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri
 
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti
 
Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR