Bank Of Baku

Şahin Mustafayev Çin səfiriylə "Kəmər və yol" təşəbbüsünü müzakirə edib

Şahin Mustafayev Çin səfiriylə  "Kəmər və yol" təşəbbüsünü müzakirə edib
# 23 noyabr 2023 14:32 (UTC +04:00)

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 23-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Həmçinin nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi, xüsusilə də "Kəmər və yol" təşəbbüsünün, eləcə də Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə təşviqinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə hüquq-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi məqsədilə yaxın zamanlarda imzalanması nəzərdə tutulan bir sıra sənəd layihələri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR