Şahin Mustafayev və Mqer Qriqoryan yenidən görüşəcək

Şahin Mustafayev və Mqer Qriqoryan yenidən görüşəcək
# 30 noyabr 2023 15:12 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyaları növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə qərar bugünkü iclasda verilib.

Qeyd edək ki, bu gün Azərbaycanla-Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR