Bank Of Baku

Şavkat Mirziyoyev SPECA-nın Qadın Sahibkarları Şurasının yaradılması təklif edilib

Şavkat Mirziyoyev SPECA-nın Qadın Sahibkarları Şurasının yaradılması təklif edilib
# 24 noyabr 2023 14:42 (UTC +04:00)

"İşgüzar qadınlara dəstək və onlar arasında əməkdaşlığı təşviq etmək üçün biz SPECA-nın Qadın Sahibkarları Şurasının yaradılmasını təklif edirik".

APA xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

“Şura çərçivəsində qadınların ümumi əməkdaşlımıza töhfəsinin təşviqi üçün SPECA beynəlxalq mükafatının təsis edilməsini təklif edirik”, - o əlavə edib.

Özbəkistan Prezidenti çıxışında üzv ölkələri Əfqanıstanla əməkdaşlığı bərpa etməyə çağırıb.

"Biz istəyirik ki, Əfqanıstanl dialoq qurulsun, biz bu ölkəni təcrid etməyək".

O deyib ki, bu təhlükəsizlik, inkişaf üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR