Səfir: “Aİ-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı şəkildə güclənir”

Peter Mixalko

© APA | Peter Mixalko

# 27 yanvar 2022 19:02 (UTC +04:00)

“Azərbaycan Prezidentinin dekabrda Şərq Tərəfdaşlığı sammitində iştirakı əməkdaşlığımızın ən güclü nümunəsidir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Aİ Şurasına Prezidentliyin Fransaya keçməsi ilə bağlı tədbirdə çıxışında deyib.

“Güclü əməkdaşlığımız həm Azərbaycan vətəndaşlarının, həm də Aİ ölkələri vətəndaşlarının rifahına xidmət etməlidir”, - Aİ səfiri vurğulayıb.

O deyib ki, Aİ Azərbaycanda müxtəlif sahələri əhatə edən vacib layihələrə maliyyə dəstəyi ayırır: "İkitərəfli əməkdaşlığımız qarşılıqlı şəkildə güclənir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və investisiya mənbəyidir. Mən əminəm ki, Aİ ilə Azərbaycan arasında imzalanacaq saziş bu əməkdaşlığı daha yüksək səviyyələrə aparacaq. Aİ bu regionda sülhü, rifahı dəstəkləyən sadiq tərəfdaşdır və Aİ rəsmilərinin ən yüksək səviyyədə regiona səfərləri bunun güclü sübutudur”.

Aİ səfiri Fransaya Aİ Şurasına prezidentliyi dövründə uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR