Bank Of Baku

Səfir: “Azərbaycan sərhədlərini təhdid edənlərə qarşı mübarizə aparmaqdadır”

Səfir: “Azərbaycan sərhədlərini təhdid edənlərə qarşı mübarizə aparmaqdadır”
# 14 sentyabr 2022 11:50 (UTC +04:00)

“Beynəlxalq sistemdə terrorçulara dəstək çıxırlar, onları öz parlamentlərində oturdurlar”.

APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altunun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, Türkiyə sadəcə sərhədləri daxilində deyil, sərhədlərindən kənarda da sərhədlərinə, ərazi bütövlüyünə təhdid olanlara qarşı mübarizə aparmaq iradəsini göstərməkdədir: “Eyni zamanda, Azərbaycan da sərhədlərini təhdid edənlərə, terrorçulara, düşmənlərə qarşı mübarizə aparmaqdadır. Bu mübarizdə Türkiyədə olan “Bayraqdar”, “ASELSAN” nə varsa, həm də bizim qardaşlarımızındır. Türkiyə güclənib, gücü olanın masada da gücünü göstərə bilmək imkanı var”.

Səfir Rusiya-Ukrayna savaşında da Türkiyənin mövqeyinə diqqət çəkib: “Bu gün dünyada elə ölkə yoxdur ki, həm Ukrayna, həm də Rusiyanı eyni anda masaya oturda bilsin. Bunu edə bilən ölkə Türkiyədir. Taxıl anlaşmasının imzalanmasına nail olan ölkə Türkiyədir. Beynəlxalq nizam bunu edə bilmir”.

Səfir qaçqınlar probleminə də toxunub: “Bu gün hər ölkənin yeni problemləri ortaya çıxmaqdadır. İnsanlar yurd-yuvalarından didərgin salınırlar. Bu gün bəzi ölkələrin daxili problemlərinin həllinə çalışıımır. Buna görə də qaçqın problemi üzə çıxmaqdadır. Dünya qaçqın probleminə qarşı həssaslıq nümayiş etdirmir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR