Bank Of Baku

Səfir: Bakıdan ukraynalı uşaqlara yardım göndəriləcək

Səfir: Bakıdan ukraynalı uşaqlara yardım göndəriləcək
# 05 sentyabr 2025 16:34 (UTC +04:00)

Avqust ayında isti geyimlər, ayaqqabılar və məktəb ləvazimatları toplamışıq. Onlar Sumıda yerləşən Uşaqların Sosial-Psixoloji Reabilitasiyası Mərkəzinə göndəriləcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “Facebook” hesabında bildirib.

O, toplanan əşyaların tezliklə Ukraynaya göndəriləcəyini qeyd edib.

“Toplanılanlardan həm də Baxmut, Pokrovsk, Mirqorod, Xerson və Sumı regionlarında Rusiyanın təcavüzünə görə yaşadığı yerləri tərk etmiş ailələrin uşaqlarına da pay çatacaq”, - səfir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR