Bank Of Baku

Səfir: "CQD Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir"

Səfir: "CQD Avropanın enerji təhlükəsizliyində böyük əhəmiyyətə malikdir"
# 04 fevral 2022 15:48 (UTC +04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edib.

APA-nın xəbərinə görə, bu barədə səfir “Twitter” hesabında paylaşım edib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında iştirak etdim. CQD Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir. Bu keçidin həyata keçirilməsində BP Azərbaycanın töhfələrini görməkdən məmnunam”, - səfir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR