Bank Of Baku

Səfir: Hazırda Litvada 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır

Səfir: Hazırda Litvada 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır
# 07 oktyabr 2026 15:32 (UTC +04:00)

"Hazırda Litvada 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır".

APA xəbər verir ki, bunu Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkileviçus Bakıda keçirilən “Avropada Təhsil” sərgisi ilə bağlı çıxışında deyib.

Səfir bildirib ki, bu il Bakıda keçiriləcək sərgidə Litvadan 8 universitet və kollec iştirak edir: "Bu ali təhsil müəssisələri biotexnologiya, lazer texnologiyaları, idman və digər sahələr üzrə geniş təhsil imkanları təqdim edir".

Onun sözlərinə görə, hazırda Litvada 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır. Ümumilikdə isə ölkənin ali təhsil müəssisələrində 16 mindən çox xarici tələbə oxuyur və bu göstərici artmaqda davam edir.

Səfir qeyd edib ki, innovasiya son üç onillikdə Litvanın iqtisadi transformasiyasının əsas elementlərindən biri olub.

“Hazırda iqtisadiyyat innovativ həllər, süni intellekt və FinTech kimi sahələrə əsaslanır. Bu təcrübəni regionla, o cümlədən tələbə və universitet mübadilələri, eləcə də hökumətlərarası əməkdaşlıq və beynəlxalq sazişlər vasitəsilə bölüşmək istəyirik”, – diplomat vurğulayıb.

Səfir əlavə edib ki, Litva universitetləri xarici tələbələr üçün bakalavr, magistr və doktorantura səviyyələrində ingilis dilində 500-dən çox proqram təklif edir. Diplomat azərbaycanlı tələbələri, onların valideynlərini, həmçinin universitet və müəllimləri Litvada təhsil imkanları ilə tanış olmağa dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR