Bank Of Baku

Səfir İranın Xəzər Konvensiyasını niyə təsdiq etmədiyinə aydınlıq gətirib

Səfir İranın Xəzər Konvensiyasını niyə təsdiq etmədiyinə aydınlıq gətirib
# 10 fevral 2022 11:32 (UTC +04:00)

“Xəzər dənizinin hüquqi statusu haqqında” məsələ ikitərəfli deyil, çoxtərəfli məsələdir.

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan-İran diplomatik münasibətlərinin 30-cu il dönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir bildirib ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiqi ilə bağlı mərhələləri keçmişik, son mərhələdə parlamentin təsdiqini gözləyirik: “Bu da həll olunduqdan sonra enerji mənbələrinin birgə istismarı ilə bağlı rahat danışa bilərik. Lakin bir enerji mənbəsi var ki, onunla bağlı narazılıq yoxdur və bu mənbədən ikitərəfli və çoxtərəfli əsasda istismar mümkün ola bilər. Bu enerji mənbələrinin adı tezliklə açıqlanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR