Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropanın qızıl səhifəsi kimi səciyyələndirir.
Bunu APA-nın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə bildirib.
Tahir Tağızadənin sözlərinə görə, Viktor Orban Kopenhagendə də, bu gün Qəbələ Zirvə görüşündə deyib ki, TDT çərçivəsində səfərlərinin əsas mahiyyəti üzv ölkələrdə, konkret olaraq Azərbaycanda ictimai-siyasi sabitlik, güclü rəhbərlik və stabil siyasətin mövcud olması ilə bağlıdır.