Bank Of Baku

Səfir: Qardaş Azərbaycanla təhlükəsizlik, iqtisadi, enerji və digər sahələrdə əlaqələri gücləndirmək üçün çalışırıq

Səfir: Qardaş Azərbaycanla təhlükəsizlik, iqtisadi, enerji və digər sahələrdə əlaqələri gücləndirmək üçün çalışırıq
# 31 mart 2024 20:53 (UTC +04:00)

Qardaş Azərbaycanla imzalanan Şuşa Bəyannaməsinin hədəfləri çərçivəsində başda təhlükəsizlik olmaqla, iqtisadi, loqistik, enerji və digər sahələrdə əlaqələri gücləndirmək və dərinləşdirmək üçün çalışırıq.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

"Birliyimizə və qardaşlığımıza möhkəm sahib çıxdığımız zaman Azərbaycanla Türkiyənin həll edə bilməyəcəyi hər hansı problem yoxdur", - Bağcı qeyd edib.

Səfir əlavə bildirib ki, yeni dövrdə strateji əlaqələrimizi inkişaf etdirmək, iqtisadi və ticari əlaqələrimizi gücləndirmək, enerji təhlükəsizliyimizi təmin etmək, qitələrlə əlaqələrimizi yaxşılaşdırmaq prioritetlərimizdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR