Səfir: Trans-Adriatik boru xətti Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur

Səfir: Trans-Adriatik boru xətti Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur
# 02 aprel 2024 19:55 (UTC +04:00)

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur.

APA xəbər verir ki, bunu Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias Bakıda Yunanıstanın Milli Gününə həsr olunmuş tədbirdə deyib.

Səfir qeud edib ki, artıq üç ildən çoxdur ki, Trans-Adriatik boru kəməri təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Turkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir: “Əməliyyatlar başlayandan bəri Trans-Adriatik Boru Kəməri Yunanıstan, Bolqarıstan və İtalilyaya 33,5 milyard kubmetrdən çox qaz nəql edilib. 2023-cü ildə Trans-Adriatik boru kəməri Yunanıstanın ölkə üçün 3-cü ən böyük təbii qaz idxalçısı olub və bütün Yunanıstan təbii qaz idxalının 18%-ni təşkil edib.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) bizi bolqar dostlarımızla strateji cəhətdən birləşdirən eyni dərəcədə əhəmiyyətli təbii qaz kəməridir və və "Şahdəniz"dən Rumıniyaya, Moldovaya və nəhayət, çox sınaqdan keçmiş Ukraynaya təbii qazı nəql etmə potensialına malikdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR