Bank Of Baku

Səfir: Ukrayna yaxın günlərdə Aİ-yə üzv olmayacaq

Səfir: Ukrayna yaxın günlərdə Aİ-yə üzv olmayacaq
# 12 dekabr 2023 12:15 (UTC +04:00)

"Ukrayna yaxın günlərdə Avropa İttifaqına üzv olmayacaq".

APA xəbər verir ki, bunu Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski jurnalistlərə deyib.

Diplomat deyib ki, Ukrayna Prezidenti Vladimir Zelenski dünən ABŞ-a səfər edib və ölkəsinin dəstəklənməsi üçün çox sayda əhəmiyyətli razılaşmalar əldə olunacaq:

“Paralel olaraq, Avropa İttifaqı çərçivəsində Brüsseldə tədbir keçirilir, Ukraynanın İttifaqa üzvlük məsələsi müzakirə edilir. Təbii ki, Aİ-yə üzvlük yaxın günlərdə baş verməyəcək, lakin gördüyünüz kimi, Ukrayna hərbi və siyasi cinahlardan irəliyə doğru gedir. Biz pozitiv ruha köklənmişik, haqq bizim tərəfimizdədir və bizə kömək edən dost ölkələr yanımızdadırlar”, - diplomat əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR