Bank Of Baku

Səfir: “Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik”

Vladislav Kanevski

© APA | Vladislav Kanevski

# 19 sentyabr 2022 14:54 (UTC +04:00)

Ukraynaya verdiyi dəstək üçün Azərbaycana çox təşəkkür edirik.

APA xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Azərbaycan davamlı şəkildə ölkəmizə bu çətin zamanda humanitar yardım göndərdi. Bura dərmanlar, geyim, və ərzaq daxil idi. Bu humanitar dəstəyi qiymətləndirir və Azərbaycana təşəkkür edirik”, - o qeyd edib.

Diplomat Azərbaycanın da müharibə ağrısı yaşadığını xatırladıb. Səfir Kanevski azərbaycanlı uşaqların da illər əvvəl ukraynalı, polşalı uşaqlar kimi müharibə travması yaşadığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR