Bank Of Baku

Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını ziyarət edib

Səfirlik əməkdaşları Türkiyədə müalicə alan müharibə iştirakçılarını ziyarət edib
# 22 dekabr 2023 12:08 (UTC +04:00)

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşları ikitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Yeni il bayramı münasibətilə ziyarət ediblər.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.

Qeyd olunub ki, görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Bundan əlavə vətəndaşlara konsulluq məsələləri üzrə də müvafiq tövsiyələr verilib. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüşülüb, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Ziyarətin sonunda vətəndaşlarımıza bayram sovqatları təqdim edilib və xatirə fotosu çəkilib.

Xatırladaq ki, iki dövlət arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olunmaq üçün Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Respublikası vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların üzləşdikləri çətinliklər və qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi olaraq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR