Bank Of Baku

Səməd Seyidov AŞPA Monitorinq Komitəsinin iclasına qatılacaq

Milli Məclisin deputatı Səməd Seyidov

© APA | Milli Məclisin deputatı Səməd Seyidov

# 11 dekabr 2021 12:55 (UTC +04:00)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AŞPA-nın Monitorinq komitəsində qurumun monitorinq proseduruna dair, bir sıra üzv ölkələr tərəfindən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə baxılacaq, komitənin növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Milli Məclisin komitə sədri Səməd Seyidov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcək.

Səfər dekabrın 15-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR