Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, S. Seyidov Azərbaycanla Pakistanı ortaq dəyərlər, qardaşlıq əlaqələri birləşdirdiyini və aramızdakı münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib.
Komitə sədri Azərbaycanın Pakistanla münasibətləri daha da inkişaf etdirməyə xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlandığı dövrdə də, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə bağlı apardığı 44 günlük Vətən müharibəsində də Pakistanın haqq işimizi qətiyyətlə müdafiə etməsini, siyasi və mənəvi dəstək göstərməsini yüksək qiymətləndirib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Bildirilib ki, hökumətlərimiz və xalqlarımız arasında yaxın əlaqələrin mövcudluğu ali qanunvericilik orqanlarımızın münasibətlərində də öz əksini tapıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan, Türkiyə, və Pakistan parlament sədrlərinin Birinci Üçtərəfli Görüşünün keçirilməsinin, üçtərəfli parlament əməkdaşlıq formatının təsis edilməsinin və Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Milli Məclisin komitə sədri müharibədən sonra regionda yaranan yeni reallıqlar, Azərbaycanın bölgə dövlətlərinə fayda verəcək iqtisadi əməkdaşlıq təklifləri və davamlı sülhün bərqərar edilməsi istiqamətində təşəbbüsləri barədə danışıb.
Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini, bölgədə yeni inkişaf imkanlarının yaranmasını alqışlayıb.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, müxtəlif platformalarda siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Səməd Seyidov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb
© APA | Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüş
Xarici siyasət
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Abbas Abbasov BMT-nin Cenevrə ofisində çıxış edib: Afrikada müstəmləkəçiliyin fəsadlarına son qoyulmalıdır
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Dmitriy Mariyasin: BMT TRIPP üzrə konkret həllərin hazırlanmasına dəstək göstərə bilər - MÜSAHİBƏ
Xəbər Lenti
Azərbaycan neftinin qiyməti 113 dolları ötüb
Bu günün valyuta məzənnələri
“Brent” markalı neft ucuzlaşıb, WTI isə bahalaşıb
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
Tramp: Venesuela nefti ABŞ-a 500 il kifayət edəcək
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin” 78 min dollara doğru ucuzlaşmaqda davam edib
Qlobal fond bazarlarında eniş müşahidə olunub
CBS: İranın İordaniyadakı ABŞ bazasına zərbələri nəticəsində hərbi təyyarələr zədələnib
Tramp: ABŞ neft hasilatında OPEC-dən daha güclü mövqeyə sahibdir
ABŞ İranı yeni nüvə obyektində fəaliyyətə görə güclü zərbə ilə hədələyib
Tramp respublikaçıların qələbəsi halında amerikalılara 5 min dollar ödəyəcəyini vəd edib
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
WSJ: ABŞ administrasiyası İranla müharibənin 2029-cu ilədək uzana biləcəyini istisna etmir
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374-ə çatıb
ABŞ Karib dənizində narkotik qaçaqmalçılığında istifadə edildiyi iddia olunan qayığa zərbə endirib
Apple-ın səhmləri yeni məhsulların təqdimatı fonunda ucuzlaşıb
İranın Sirik bölgəsində partlayış səsləri eşidilib
Husilər Səudiyyə Ərəbistanının üç şəhərinə raket və PUA-larla hücum edib
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
ABŞ ucuz PUA və ballistik raket əleyhinə sistemləri sınaqdan keçirəcək
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
KİV: İspaniya kəşfiyyatı Seutaya qanunsuz miqrant axını riski barədə əvvəlcədən xəbərdarlıq edib
ABŞ Energetika Nazirliyi “Brent” neftinin 2026-cı il üzrə qiymət proqnozunu 91 dollara qaldırıb
Ağ Ev Uitkoff və Kuşnerin danışıqlardakı rolunun azaldıla biləcəyi barədə məlumatı təkzib edib
ABŞ Prezidenti İranla müharibənin noyabr seçkilərindən sonra başa çatacağını düşünür
Tramp Putinlə yeni ikitərəfli görüşün keçirilə biləcəyini istisna etməyib
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
Zelenskinin təyyarəsi Moldovadan havaya qalxarkən PUA ilə vurulma təhlükəsi ilə üzləşib
İranın Cask limanı yaxınlığında partlayış baş verib
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
Aİ Seutadakı miqrasiya böhranı ilə mübarizə üçün İspaniyaya 115 milyon avro ayıracaq
Apple “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərini təqdim edib
Almaniya Bremerhafen limanının modernləşdirilməsinə 1,5 milyard avro ayıracaq
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
FT: Ağ Ev Uitkoff və Kuşnerin Ukrayna üzrə danışıqlardakı rolunu azalda bilər
ABŞ Yaxın Şərqdə neft hasilatının 2027-ci ilədək artacağını gözləyir
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
“Baku Steel Company” QSC açıq tender elan edir
Azərbaycana idxal edilən alkoqollu içkilər üçün gömrük rüsumu dəyişib - YENİLƏNİB
Ermənistanda Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
DİN-in yeni vəzifəsi müəyyənləşib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb