Bank Of Baku

Səməd Seyidov: “Vatikanda səfirliyin təsis edilməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir” 

Səməd Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

© APA | Səməd Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri

# 29 oktyabr 2021 11:58 (UTC +04:00)

“Papa Fransisk Vatikana rəhbərlik etdiyi dövrdən Vatikanda səfirliklərin sayı artıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyin təsis edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Deputat bildirib ki, 2016-cı ildə Papa Azərbaycan səfər edib: “2020-ci il fevralda Prezident İlham Əliyev və Mehriban Əliyeva da Vatikanda rəsmi səfərdə olub. Bu əlaqələrin inkişafında Mehriban xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müstəsna rol oynayır. Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir. Ümid edirik ki, gələcəkdə Vatikanın da Azərbaycanda səfirliyi təsis edilər”.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə qeyd edib ki, bu layihə Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub: “Dini müstəvidə dünyaya təsir edən bir dövlətdə səfirliyin açılması çox mühüm addımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR