Bank Of Baku

Şimali Kipr lideri Azərbaycandan dəstək istəyib

Ersin Tatar

© APA | Ersin Tatar

# 10 dekabr 2021 12:56 (UTC +04:00)

“Mədəniyyətlərin qarşıdurması səbəbindən yunan Kipri Qərbdə tanınıb”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan mediasının təmsilçiləri ilə videokonfrans formatında görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti deyib ki, Avropa İttifaqının məqsədi Türkiyənin Şərqi Aralıq dənizində təsirini azaltmaqdır: “Biz sizin mənəvi dəstəyinizi istəyirik. İmzalanmış sazişlə Azərbaycana edilən hücum Türkiyəyə hücum, Türkiyəyə hücum Azərbaycana hücumdur. Təki "Bir millət, üç dövlət" olaq. Kipr Türkiyənin təhlükəsizliyi üçün çox önəmlidir. Bütün bu məsələlərin gündəmə gəlməsi vacibdir”.

Ersin Tatar qeyd edib ki, 50 il əvvəl nə internet, nə mobil telefonlar vardı: “Sadəcə əsarət altında Azərbaycan olduğunu bilirdik. İndi reallıq dəyişib”.

O vurğulayıb ki, Şimali Kipr xarici siyasətini Türkiyə ilə birlikdə həyata keçirir.

Şimali Kipr Prezidenti deyib ki, Şərqi Aralıq Dənizində Kipr adasını yunan adasına çevirmək planı, niyyəti var: "BMT Baş katibi deyir ki, gəlin anlaşın. Ancaq yunanlar anlaşmırlar. Deyirlər ki, gəlin əlimizin altında olun. Türkiyə və Azərbaycandan Kipr adasında varlığımızın davam etməsini üçün dəstək istəyirik. Bu, Azərbaycanın, Türkiyənin, Türk Dünyasının maraqlarına uyğundur. Adada varlığımıza son qoyularsa, bu, Türkiyənin və Azərbaycanın da maraqlarına uyğun olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR