Bank Of Baku

Simon Mordue: "Azərbaycan Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaşdır"

Simon Mordue: "Azərbaycan Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaşdır"
# 15 noyabr 2023 21:46 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

APA xəbər verir ki, bu barədə Simon Mordue X platformasındakı paylaşmında qeyd edib.

O, görüş zamanı Aİ-Azərbaycan əlaqələrinin müzakirə edildiyini qeyd edib.

“Azərbaycanın Aİ üçün Cənubi Qafqazda vacib tərəfdaş olduğunu vurğuladım. Aİ dinc və firavan Cənubi Qafqaz naminə Ermənistan-Azərbaycan normallaşma prosesini dəstəkləməyə davam edəcək”, - paylaşımda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR