Bank Of Baku

Slovakiya Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığımız inkişaf etməkdədir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini

© APA | Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini

# 14 iyul 2026 11:19 (UTC +04:00)

Slovakiya və Azərbaycan arasında təhlükəsizlik, müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsi sahələrində də əməkdaşlığımız inkişaf etməkdədir.

APA xəbər verir ki, bunu Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

“Slovakiya 2027–2028-ci illərdə də Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanla əlaqələr üzrə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək. Həmçinin məmnunam ki, təhlükəsizlik, müdafiə və müdafiə qabiliyyətinin gücləndirilməsi sahələrində də əməkdaşlığımız inkişaf etməkdədir. Mən çox şadam ki, sentyabr ayında Bakıda keçiriləcək böyük müdafiə sənayesi sərgisində Slovakiyanı təmsil edərək qarşılıqlı əməkdaşlığımızın və əldə etdiyimiz razılaşmaların ilk nəticələrini təqdim etmək imkanımız olacaq”, - Slovakiya Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR