Bank Of Baku

Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun “Resmi Gazete”də dərc olunub

Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair qanun “Resmi Gazete”də dərc olunub
# 14 fevral 2022 08:02 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsinin təsdiq olunmasına dair imzaladığı qanun "Resmi Gazete"də dərc olunub.

APA-nın xəbərinə görə, qanun qüvvəyə minib.

Qeyd edək ki, fevralın 11-də Ərdoğan Türk Dövlətləri Təşkilatı Ağsaqallar Şurasının üzvlərini qəbul edərkən Şuşa Bəyannaməsinin “Resmi Gazete”də yayımlanaraq qüvvəyə minməsi üçün müvafiq qərarı imzalayıb.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Xatırladaq ki, ötən il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR