Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə TBMM sədri “Twitter”də bildirib.
“Bu gün baş vermiş helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Azərbaycan xalqının başı sağ olsun!” – Türkiyə parlamentinin sədri qeyd edib.
Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.