Bank Of Baku

TDT-in Budapeştdəki nümayəndəliyinin rəhbəri Ağdamda səfərdə olub - FOTO

TDT-in Budapeştdəki nümayəndəliyinin rəhbəri Ağdamda səfərdə olub - FOTO
# 20 sentyabr 2022 21:58 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri Ağdam rayonunda səfərdə olub.

APA xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında məlumat verib.

"Türk Dövlətləri Təşkilatının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari işğaldan azad olunmuş Ağdam rayonunda səfərdə olub. Səfər zamanı qonağa Ağdamın dağıdılmış dini və tarixi abidələri, şəhərin inkişaf planı haqqında məlumat verilib", - deyə paylaşımda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR