Bank Of Baku

Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsinə fotosərgi keçirilib - FOTO

Təbrizdə 20 Yanvar şəhidlərinin xatirəsinə fotosərgi keçirilib - FOTO
# 19 yanvar 2022 17:22 (UTC +04:00)

Təbrizdə 20 Yanvar şəhidləri anılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, yanvarın18-də Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğunda 20 yanvar faciəsində həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş fotosərgi keçirilib.

Sərgidə Azərbaycanın Təbrizdəki baş konsulu Əliyannağı Hüseynov da iştirak edib.

Bundan başqa, Azərbaycanın Tehrandakı səfirliyində də "Şəhidlikdən İstiqlala" adlı fotosərgi təşkil olunub.

Sərgi Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Sərgidə 20 Yanvar şəhidləri və həmin dövrdə baş vermiş hadisələrlə bağlı fotolar nümayiş olunub.

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə sərginin keçirildiyi yerə gəlib, gül dəstələri təqdim etməklə şəhidlərin xatirəsini anıb. Sərgi İranda böyük maraqla izlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR