Bank Of Baku

Tedros Adhanom Qebreyesus və Tatyana Valovaya Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub  

Tedros Adhanom Qebreyesus, Tatyana Valovaya

© APA | Tedros Adhanom Qebreyesus, Tatyana Valovaya

# 04 noyabr 2021 12:07 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Tedros Adhanom Qebreyesus və BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunub.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərsimində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin bildirib.

Tədbirə videokonfrans formatında qoşulan ÜST-ün Baş Direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin medalı ilə təltif olunması ilə bağlı təşəkkürünü bildirib: “Bu medal həmçinin Azərbaycanın dahi şahiri Nizami Gəncəvinin humanist ideyalarına bir bağlılıqdır. Biz planetimizin sağlamlığını təmin etməliyik. Ona həmrəylik nəticəsində bu çətinlikdərdən alnıaçıq çıxacağıq”.

Tədbirə videokonfrans formatında qoşulan BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya da medalla təltif olunduğuna görə təşəkkürünü çatdırıb: “İnkişaf sülhsüz, sülh də inkişafsız ola bilməz. Nizami Gəncəvi sülhü, bərabərliyi təşviq edib. Biz BMT-də də bu dəyərləri ülvi dəyər hesab edirik. Nizami Gəncəvi çox humanist bir şair idi. Bir daha bu medala görə təşəkkür edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR