Bank Of Baku

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaq

Tunisdə qəzaya uğrayan gəmidən xilas edilən Azərbaycan vətəndaşları təxliyə olunacaq
# 16 aprel 2022 19:54 (UTC +04:00)

Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayan gəminin heyəti arasında olan 2 Azərbaycan vətəndaşı xəsarət almayıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq XİN-in Mətbuat Xidməti İdarəsindən bildirilib.

"Aprelin 16-da Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında 2 Azərbaycan vətəndaşı olub. Gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir", - deyə sorğuya cavabda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR