Bank Of Baku

Türk dövlət başçıları Türkmənistanın bitərəfliliyinin 30 illiyi ilə bağlı tədbirə dəvət olunub

Türk dövlət başçıları Türkmənistanın bitərəfliliyinin 30 illiyi ilə bağlı tədbirə dəvət olunub
# 07 oktyabr 2025 14:32 (UTC +04:00)

Hazırda dünyadakı vəziyyət fonunda ölkələrimiz arasında koordinasiyalı fəaliyyət, sülh, sabitlik və etimadı gücləndirmək vacibdir.

APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.

Qurbanqulu Berdiməhəmmədov deyib ki, Türkmənistanın təklifi ilə 2025-ci il “Beynəlxalq Sülh və Etimad İli” elan olunub: “Bu il dekabrın 12-də Aşqabadda Türkmənistanın bitərəfliliyinin 30 illiyi ilə bağlı böyük tədbir keçiriləcək. Sizi həmin tədbirdə iştiraka dəvət edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR