Bank Of Baku

Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü Bakı Türk Şəhidliyində qeyd olunub - FOTO

Cahit Bağçı

© APA | Cahit Bağçı

# 29 oktyabr 2021 16:34 (UTC +04:00)

Bakı Türk Şəhidliyində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

Tədbirə Türkiyə Səfirliyinin əməkdaşları, Hərbi Attaşelik, müşavirliklər, Bakıdakı türk məktəblərinin nümayəndələri və digər şəxslər qatılıblar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Türkiyə səfiri Cahit Bağçı Bakı Türk Şəhidliyi və Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış abidələrin önünə çələng qoyub. O, Türk Şəhidliyinin xatirə dəftərinə ürək sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR