Ermənistanla başlatdığımız normallaşma prosesini regional hadisələri də nəzərə alaraq Azərbaycanla tam koordinasiyalı şəkildə davam etdirəcəyik.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bəzi üçüncü ölkələrin 1915-ci il hadisələri ilə bağlı iddiaları israrla təkrar gündəmə gətirmək cəhdləri “normallaşma prosesini baltalayacaq”:
“Bu ölkələr Ermənistana yaxşılıq etmirlər. Cənubi Qafqazda Azərbaycanla birlikdə öncüllüyünü etdiyimiz “3+3” platforması ilk dəfə nazirlər səviyyəsində Tehranda toplanıb. Bir sonrakı toplantı 2024-cü ildə Türkiyədə keçiriləcək”.