Ermənistan hakimiyyəti son hadisələrdən dərs alaraq, təxribatlara əl atmamalıdır.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, sülh fürsətindən istifadə etmək və Ermənistanı yanlış yönləndirən ölkələrin tələsinə düşməmək Ermənistanın öz xeyrinə olacaq: “Azərbaycanla sülhə əsaslanan münasibətlər Ermənistan üçün ən yaxşı variantdır. Onu silahlandıranlar qısa zamanda Ermənistanı tək qoyacaqlar”.