Bank Of Baku

Türkiyə səfiri Qarabağdakı Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzində olub

Türkiyə səfiri Qarabağdakı Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzində olub
# 10 dekabr 2021 20:14 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında 11.11.2020-ci il tarixdə imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin ölkəmizdəki Səfirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd edilib ki, mərkəzin fəaliyyəti barədə səfirə və Hərbi Attaşeyə məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR