Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü Moskvada keçirilməyəcək.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, hər iki ölkə münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin ediblər. Xüsusi nümayəndələrin ilk görüşü bu il yanvarın 14-də Moskvada keçirilib.