Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in “Twitter” hesabında paylaşım edilib.
“Can Azərbaycanın müstəqilliyini yenidən qazanmasının 30-cu il dönümünü səmimi qəlbdən təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - qeyd olunub.