Bank Of Baku

Türkiyəli nazir müavini: Azərbaycanla əlaqələrimiz başqa ölkələr üçün də nümunədir

Türkiyəli nazir müavini: Azərbaycanla əlaqələrimiz başqa ölkələr üçün də nümunədir
# 20 noyabr 2023 12:41 (UTC +04:00)

"Biz qardaş Azərbaycanla gender bərabərliyi sahəsində əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik".

APA xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Ləman Yenigün Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.

O, çıxışında Azərbaycan və Türkiyə arasında bütün sahələrdə sıx əməkdaşlığı vurğulayıb. O deyib ki, iki ölkə arasında əlaqələr başqa ölkələr üçün də nümunədir.

Nazir müavini deyib ki, qızların təhsilə cəlb olunması, qadınların səhiyyə xidməti sahəsində, iqtisadi, hərbi, siyasi sahələrdə fəal təmsilçiliyi və qərarvermə prosesində iştirakı istiqamətində böyük işlər görülüb.

Nazir müavini çıxışında hökumətin gender bərabərliyi və qadına qarşı zorakılıq istiqamətində həyata keçirdiyi layihələr, qanunvericilik barədə konfrans iştirakçılarına məlumat verib.

"Belarusda Qadınlar və uşaqların hüquqları xüsusi diqqət altındadır". Bunu isə Belarusun əmək və sosial müdafiə nazirinin müavini Marina Artyomenko çıxışında deyib.

O bildirib ki, Belarus parlamentinin 35 faizi, dövlət qulluqçularının 70 faizi qadınlardır.

Belaruslu nazir müavini deyib ki, hökumət işləyən uşaqlı qadınlar üçün müəyyən güzəşlər təmin edir, həmçinin ataların uşaqların tərbiyəsində daha fəal iştirak etməsi üçün imkanlar yaradılır.

"Mən Azərbaycan hökumətinə bu konfransa görə təşəkkür edirəm. Azərbaycan və iştirakçı ölkələr sauəsində bu vacib məsələ QH platformasında müzakirə olunur", Belarus rəsmisi deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR