Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə Türkiyəyə səfər etmiş nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, Türkiyə XİN başçısı bu barədə “Twitter” hesabında məlumat paylaşıb.
“Can Azərbaycanın Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovu və nümayəndə heyəti ilə görüşdük. Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimiz bütün sahələrdə daha da güclənir”, deyə Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, iyulun 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfər edib.
Türkiyənin XİN başçısı Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
13 iyul 2021 21:38 (UTC +04:00)
Xarici siyasət
Malayziya Parlamenti Senatının nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub - FOTO
17:42
3 may 2024
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
15:32
3 may 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə Məscidində olublar - FOTO - YENİLƏNİB
15:30
3 may 2024
Avropa Komissiyasının rəsmisi: Azərbaycanla əməkdaşlığın yeni erasındayıq - MÜSAHİBƏ
13:28
3 may 2024