“Mən Ukraynadan olan səyyaham. Biz bura qrupla gəlmişik”.
Bunu APA-ya açıqlamasında Ukraynadan olan səyyah Orest Zub deyib.
“Burada gözəl dağlar var, yol tikilir. Bununla belə, tərk edilmiş, dağılmış çoxlu yerlər gördük. Bu mənzərə bizə onu deyir ki, müharibə heç zaman yaxşı nəsə vəd etmir, o, ölüm saçır. Bu, dünyanın başqa ölkələri üçün də böyük dərs olmalıdır. Əlbəttə ki, mənim vətənim Ukrayna üçün də önəmlidir”, - O.Zub vurğulayıb.
Qeyd edək ki, bu gün xarici ölkələrdən olan bir qrup tanınmış səyyah işğaldan azad edilmiş ərazilərə səfər edib.
Elgün Gəncimsoy