Bank Of Baku

“WizzAir” şirkəti Azərbaycana uçuşlarının sayını artıra bilər

“WizzAir” şirkəti Azərbaycana uçuşlarının sayını artıra bilər
# 03 fevral 2022 16:21 (UTC +04:00)

Macar həmkarımla görüşdə “WizzAir” şirkətinin uçuşlarının sayının artırılması da müzakirə olunub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq üçün hüquq baza da müzakirə olunub: “İki ölkə arasında indiyə qədər 46 müqavilə imzalanıb, 13 müqaviləyə baxılır və bu səfər zamanı 4 yeni müqavilə imzalanıb. Humanitar sahədə əməkdaşlığa önəm veririk. Təhsil sahəsində uğurlu əməkdaşlığımız var. Macarıstan hökuməti azərbaycanlı tələbələrə təqaüd ayırıb. İndiyədək 1000-ə yaxın azərbaycanlı tələbə Macarıstan universitetlərində təhsil alıb. Parlametlərarası əlaqələr də yüksək səviyyədədir. BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, Aİ çərçivəsində sıx münasibətlərimiz var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR