“Azərbaycan hər zaman BMT qətnamələrinə tərəfdar çıxıb”.
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
Nazir müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 3890 nəfər itkin düşüb və onlardan 3171-i hərbçi, 719-u mülki şəxslərdir: “Ermənistan 267 mülki şəxsi əsir götürüb. O cümlədən 29 uşaq, 98 qadın, 112 yaşlı şəxs ermənilər tərəfindən girov götürülüb və geri qaytarılmayıb. Azərbaycanlı əsirlər çox pis şəraitdə saxlanılır, onların əksəriyyəti tab gətirməyərək ölür. Bu, insanlığa qarşı cinayətdir”.