Bank Of Baku

Xarici İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Xarici İşlər Nazirliyində Kollegiya iclası keçirilib
# 11 fevral 2022 16:27 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin Kollegiya iclası keçirilib.

XİN-nin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, iclas Ceyhun Bayramovun sədrliyi ilə keçirilib. İclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR