Bank Of Baku

Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini prezidentə təqdim edib

 Azərbaycanın Tacikistandakı səfiri etimadnaməsini prezidentə təqdim edib
# 13 aprel 2018 12:50 (UTC +04:00)

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsini Tacikistan prezidenti Emomali Rahmona təqdim edib.

 

Səfirlikdən APA-ya verilən xəbərə görə, görüşdə iki dost və qardaş ölkə arasında münasibətlərin və ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, iqtisadi, ticarət, humanitar və mədəniyyət sahələrinin inkişafı üzrə fikir mübadiləsi aparılıb. Tacikistan Prezidenti Emomali Rahmonun ölkəmizə rəsmi səfəri müzakirə olunub. E. Rahmon dövlət başçısı İlham Əliyevin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirib, həmçinin onun da salamlarını və 11 aprel Prezident seçkilərində qalib gəlməsi münasibətilə bir daha təbriklərini dostu-qardaşı olan Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

 

Səfir diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib və Azərbaycanla Tacikistan arasında bütün sahələrdə münasibətlərin daha da inkişaf etməsi istiqamətində səy göstərəcəyini diqqətə çatdırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR