Bank Of Baku

Almaniya səfiri: "Almanların özü keçmişi ilə üzləşməsi üçün Holokost faciəsini hər zaman yad etmək vacibdir"

Almaniya səfiri: "Almanların özü keçmişi ilə üzləşməsi üçün Holokost faciəsini hər zaman yad etmək vacibdir"
# 25 yanvar 2018 14:43 (UTC +04:00)

ADA Univeristetində Holokostla bağlı təşkil olunmuş “Beyond Duty: Diplomats Recognized as Righteous Among the Nations” (“Vəzifədən kənar: Millətlər arasında ədalətli diplomatlar”) adlı sərgiyə həsr olunmuş panel müzakirələri keçirilib.

 

APA-nın məlumatına görə, müzakirələrdə çıxış edən BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan təmsilçisi Raşad Hüseynov Holokost faciəsindən danışıb və bildirib ki, hazırda əsas məsələ bu hadisə ilə bağlı məlumatların işıqlandırılmasıdır. O deyib ki, müasir nəsil bu hadisələr barədə daha çox məlumatlandırılmalıdır. R. Hüseynov indiki dövrdə neonasizm meyllərinin yayıldığını və kifayət qədər çox insanı özünə cəlb etdiyini söyləyib. 

İsrailin Azərbaycandakı səfirinin müavini xanım Avital Rosenberq çıxışında bildirib ki, bugünkü tədbir 2-ci dünya müharibəsi zamanı soyqırımdan xilas olan yəhudilərə kömək edən 34 diplomata həsr olunub. O, həmin dövrdə baş verən hadisələrdə çoxsaylı azərbaycanlının əziyyət çəkdiyini və azərbaycanlıların Sovet İttifaqı üçün müharibədə həlak olduqlarını vurğulayıb.  Diplomat əlavə edib ki, bu günün əsas vəzifəsi baş vermiş hadisələrlə bağlı məlumatları gələcək nəsillərə ötürməkdir.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindskrab qeyd edib ki, almanların keçmişlə üzləşməsi üçün Holokost faciəsini hər zaman yad etmək vacibdir.


Tədbirdə Polşa, İtaliya və Yaponiyanın Azərbaycandaki  səfirləri də çıxış ediblər. 


Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi və İsrail səfirliyinin birgə təşkil etdiyi "Holokost həftəsi" çərçivəsində ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” adlı sərgi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR