Bank Of Baku

ATƏT PA prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək

ATƏT PA prezident seçkilərini müşahidə etmək üçün gələn həftə Azərbaycana müşahidə missiyası göndərəcək
# 05 aprel 2018 13:59 (UTC +04:00)

ATƏT Parlament Assambleyası (PA) gələn həftə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək.

 

APA-nın quruma istinadən verdiyi məlumata görə, ATƏT PA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik  edəcək.

 

Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.

 

Sayı 300-dən çox olacaq ATƏT-in ümumi qısamüddətli missiyasına isə Nilza de Sena rəhbərlik edəcək. O seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı da həyata keçirəcək.

 

ATƏT DTİHB-nin müşahidə missiyasına isə xanım Koryen Yonker rəhbərlik edir.   

 

Seçkilərlə bağlı ATƏT PA ATƏT DTİHB və AŞPA ilə sıx əməkdaşlıq edəcək.

 

Müşahidənin ilkin nəticəsi aprelin 12-də açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR