Bank Of Baku

Avronest PA-nın həmsədri: “Azərbaycanın “Şərq tərəfdaşlığı” ilə bağlı prioritetlərinə hörmətlə yanaşırıq”

Avronest PA-nın həmsədri: “Azərbaycanın “Şərq tərəfdaşlığı” ilə bağlı prioritetlərinə hörmətlə yanaşırıq”
# 05 dekabr 2017 07:59 (UTC +04:00)

“Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin müxtəlif strategiyaları var”.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tbilisidə keçirilən “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusunda beynəlxalq parlament konfransında Avronest Parlament Assambleyasının həmsədri Marian Lupu deyib. O bildirib ki, Azərbaycanın bu proqramla bağlı öz strateji baxışları var və bu, tam başadüşüləndir: “Azərbaycanın bununla bağlı prioritetlərinə hörmətlə yanaşırıq”.
 
Moldovalı deputat əlavə edib ki, noyabrın 24-də Brüsseldə keçirilmiş “Şərq tərəfdaşlığı” sammitində proqrama üzv müxtəlif ölkələrin müxtəlif strategiyalarına daha aydın diqqət yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR